>Info zum Stichwort texten | >diskutieren | >Permalink 
COVDAROĞLU AŞIQ MEHEMMEDLE SAVALAN TOVUZ schrieb am 28.2. 2008 um 23:13:05 Uhr über

texten

GÖRÜŞÜM
Vaxtil ə ustad asıqlar kimi tanınan, indilərdə müəyyən səbəblərdən radio, televiziya efirlərində səslənməyən, mətbuat səhifələrində görünməyən, belə demək mümkünsə. unudulmaqda olan sənətkərların, aşıqları axtarışlarındayam. Od külün altında gizləndiyi kimi, bölgələrimizdə, ucqar rayonlarımızda onlarca ustad asıqlarımız yaşayır. Onlar xalqımızın boyük potensial gücünü öz yaradıcılıqlarında qoruyur, yaşadır. Е1ə məni Tovuza - Çovdaroğlu aşıq Məhəmmədlə görüşə gətirən də bu istək oldu. Bu yolda mənə yol göstərən, qolumdan tutan, könlümdə işıq yandıran boyük alimimiz, yorulmaz tədqiqatçı, folklorçu Məhərrəm Qasimlının xeyir-duası,və «Ozan aşıq sənəti» kitabı oldu. Bu cətin axtarışlarıma isıq tutdugu üçün, ustadım Məhərrəm Qasımlıya bir şagird ehtiramımı bildirirəm.
Dediyim kimi dəyərli alimimiz Məhərrəm Qasımlının «Ozan aşıq sənəti» kitabından diqqətimi ustad bir aşıq, Gəncəbasar aşıq mühitinin layiqli yetirməsi, aşıq Əsəd Rzayevin şəyirdi Çovdaroğlu aşıq Məhəmməd çəkib.Bir də ona görə ki, uzun vaxtdı ki, bu aşığın səsi-soragı gəlmirdi.
Amma aşıqsevərlər indi yaşı 90-na çatan aşıq Məhəmməd Çovdaroğlunun zənguləli, şaqraq səsini yaxşı xatırlayırlar. Ustad aşığımızın səsinin vurğunları irəvanda, Göyçədə, Borçalıda, Şirvanda, eləcə də digər bölgələrimizdə çox olub, çox məclislər yola verib, çox uzun gecələri səhərə açıb.
Bu yaxınlarda professor Məhərrəm Qasımlıyla bir neçə dəqiqəlik görüşüb söhbətləşdik. Söhbət yenə də Çovdaroğlunun üstünə gəldi.
Məhərrəm müəllim: «Heç bilirsən о kişidə nələr var? О bir axar çaydı axdıqca axir, - dedi, mütləq imkan tap get görüş, əsil xəzinə üstə çıxacaqsan».
Beləcə ustad sözüylə ustad görüşünə yollandım. Düzdür, həmin gün hava soyuq idi. Bütün bölgələrimizə güclü qar düşən günü deyirəm, yollar buz bağlamışdı, evdən çölə çıxmağı heç kim rəva görmürdü: Mən isə qəti qərara gəlmisdim ki, növbəti verilişim üçün gedib Məhəmməd Çovdaroğlunun səsini yazmalıyam. Səfərə çıxmaq üçün əlverişli hava səraiti olmasa da mon yola çıxdım, necə deyərlər, yolçu yolda gərək, deyib yollandım Tovuz rayonuna. Sazlı, sözltü Tovuza çatanda Yuxarı Öysüzlü kəndinə nесə getməyi soruşdum. Rayonun mərkəzindən söyladilər ki, yollar buz baglayıb, ora getmək çətinlik törədər. Amma məni Tovuz rayon sakini saz-soz vurgunu Mikayil müəllim Çovdaroğlu aşıq Məhəmmədin yaşadıgı Yuxarı Oysüzlü kəndinə apardı. Mikayıl müəllim də təsdiqlədi ki, Tovuz ustad aşıqların yurdudu, aşıq Məhəmməd Çovdaroğlu da bu yurdun övladıdı, gözəl sənətkardı. Gənclik illərində bir gün də olsun, onu kənddə tapmaq mümkün deyildi, daim Tovuzda, Tovuzun kəndlərində, başqa bölgələrdə, toylarda çox olub. Bəri başdan onu deyim ki, imzasında yaşatdığı Çovdaroğlu təxəllüsü dədə-baba halal şəcərəsidir. Taxılçılıqnan məşğul olduqları ücün Çovdaroğluları deyin tanınıblar.
Mikayil müəllimlə düz aşıq Məhəmməd Çovdaroğlunun yaşadığı evə gəldik. Bəxtimiz onda gətirdi ki, kişi evdəydi, onu da qeyd etmək istəyirəm ki, Çovdaroğlu Məhəmməd hal-hazırda kəndin, kəsəyin yas mərasimlərində iştirak edir, elə bu səbəbdən də onu evdə az-az tapmaq olur. Bizi isə Çovdaroğlu Məhəmmədin ozü qarşıladı. Hal-əhval tutduq. Mikayıl müəllim:
-Ay Məhəmməd dayı, Savalan dövlət radiosunun «Xalq yaradıcılığı» redaksiyasının əməkdaşıdı, gəlib gorüşünüzə dedi.Çovaaroğlu aşıq Məhəmməd isə mən Savalana qulaq asıram, - dedi. Bir neca gün bundan öncə də aşıq Məhəmməd Sadaxlı haqqında verilişini dinləmişəm, boyük zövq almışdım. İndi də lap yerinə düşüb gorüşümüz. Dağ-dağa rast gəlməsə də insan-insana rast gələr. Yaxşı yerinə düşüb gorüşümüz. Bir də ki, qapıda niyə durmuşuq, кeçəк içəri.
Qapıdan otağa daxil olanda otağın divarında aşığın gənclik illərindən xatirə şəkli asılmışdı. Diqqətlə şəkilə baxırdım, qıraqdan isə ev yiyəsi Çovdaroğlu Məhəmməd məni seyr edirdi. Mən, şəkildəki sizsiniz,- sualını verməmişdən qabaq, dedi ki, bax bu mənəm, əsgərlikdən sonra çəkilib, 46-cı ildə. İndi artıq о şəkildəki gənclik illərindən bir əsər-əlamət qalmayıb. Qocaldıq, ay bala, - deyib, bir azca da kövrəldi. Yarızarafatla ustad aşığımıza kim yüz il yaşamasa, günah onun ozündədir, -dedim.Gülümsədi də.
Söhbətimiz başladı. Ustadı ozanlar ozanı aşıq Əsəd Rzayevlə ilk tanışlığı haqda soruşdum.Dedi ki, Aşıq Əsəd Rzayevin yanına hərbi xidmətdən sonra gəldim.
Xatırlatmaq istərdim ki, bir vaxtlar aşıqların sazında oxunan , eldə-obada , böyükdən kiçiyə hamının əzbər bildiyi tez-tez səslənən ağır qanlı müharibədən əkssəda kimi qalan, yarı-ciddi yarı-zarafat söylənilmiş “adı Tamara sestra” gəraylisidə aşıq Məhəmməd Çovdaroğluna məxsus imiş.





xəstələrin şəfasısan,
elə dərdə çara sestra,
mən nə halda,sən nə halda,
agrıyır yara sestra

az deyil ki,yaram çoxdu
tərpənməyə halım yoxdu,
gör nə deyir sənə doxtur,
adı Tamara sestra

Məhəmmədin qəddin əyib,
nervisi var,düşüb zəif,
askol basıb,dərinə dəyib
verib damara sestra

-Soruşdum ki, hardan bu sənətə sizdə bu qədər böyük maraq və sevgi vardı?,sizdə qəti qərar verib aşıq olmaq istədiniz.
Pir olmuş qayıtdı ki, ay bala, atam məni həmişə uşaqlıqda özüylə toylara aparardı, о da aşıqların vurğunuydu. Məni ilk həvəsə gətirən, yönləndirən də məhz atam olub. Amma mən Əsəd Rzayevə şəyird gələndə atam qorxdu, ona görə ki, aşıq Əsəd Rzayev çox tələbkar idi. Dədə Ələsgərə şəyird olan aşıqa şəyird olmaq asan iş deyil. Atam qorxurdu ki, birdən mən ustadın tələbkarlığına tab gətirmərəm. Mən də bir gənc kimi atamın, həm də ustadımın başını uca tutmağı qarşıma məqsəd qoymuşdum. Beş il ona qulluq elədim, xeyli dastanlar, şeirlər, havalar öyrəndim. Beş ilim hədər getmədi. İndi də çox xoşbəxtəm ki, sənətə ustad şilləsi yeyib gəlmişəm. Əsəd Rzayev ustadıydı. Mənə sənəti kamil öyrətdi. Dastanları öyrənməyimi xususi tələb edirdi. Deyərdi ki, aşığın dastanları bilməsi çox vacibdi. Nə qədər imkanın var, öyrən, toylara getsən, səndən dastan istəyəcəklər. Mən də xeyli dastan öyrəndim. Ustadımla, eləcə də ustad aşıqlarla toylarda çox olmuşam. Aşıq Əsəddən sonra toylara tək getmişəm. Öyrəndiklərim dastanları danışmışam, havaları oxumuşam.
Toylarda aşıq Şəmşirlə, aşıq Pənahla, aşıq Şakirlə, aşıq Məmmədağayla, aşıq Sadıq Sultanovla bir yerdə çox olmuşam. Allah hamısına rəhmət eləsin. Göyçəli aşıq Müseyibi də yaxşı xatırlayıram. «Ay qaragöz balamı» rəhmətlik elə oxudu getdi ki, tarix yaratdı. Ustadımdan Dədə Ələsgəri xəbər alardım, həmişə Aşıq Əsəd maraqlı söhbətlər edərdi. Bir dəfə Dəli Alının toyunda iştirak etməklərindən danışdı. İnanın, nələr varıydı Əsəddə. Sinəsi söz-söhbətlə doluydu. Ələsgər yadigarıydı, ay oğul. Bir də ən çox xatırladığı, haqqında danışdıgı adam öz atası idi. Deyirdi ki, dədəm çox zəhmətkeş adam olub. Həyət-bacada bir an belə bekar qalmazdı. Özü də Ələsgərlə yaxın dost idilər. Yanına da gəlib-gedənlər çox olurdu. Çox vaxt da kişi həyətdə odun yarırdi. Yanına gələnlər deyərdilər ki, a kişi maşallah bu qədər oğul-uşağın var, gəl gedək çay içək,söhbətləşək, odunu da oglanların yarar. Rəhmətlik deyərdi ki, ay kişilər, mənim oğlanlarım mənə baxıb tərbiyə götürür. Mən zəhmətkeş olmasam, onlar da mənə çəkəcək. Gözümü açandan iş, zəhmət görmüşəm. Hazır qoy oğlanlarım belə böyüsün - deyirdi rəhmətlik aşıq Əsəd .
- Mikayil Azaflıyla eyni vaxtda Əsədə şəyird olmuşuq,sözünə davam edir.Azaflı gözəl sənətkarıydı, gözəl də şair idi. Bu gün rəhmətliyin bütün külliyatı məndədi. Eh ay bala, rəhmətliklər dəryaydı, -deyib yenədə kövrəldi.
Dedim Azaflıdan danışdıq, bəlkə söhbətimizi Azaflının bir havasıyla davam etdirək? Çovdaroğlu sazı köynəkdən çıxartdı.Söylədiki çoxdandır oxumuram,səsimidə itirmişəm.Cavanlıqımda kı,səsimin üçdə biri qalıbsa böyük şeydir.
Azaflı dübeytisini səsləndirdi. Otaqda gözəl ab-hava varıydı. Aşıq Məhəmmədin nəvəsi Ilkin isə sazın səsinə uymuşdu.Bu yaşda səsə bax, Allah – deyən Mikayıl müəllimin gözləri doldu.İfadan sonra etiraf etmək lazımdır kı,Çovdaroglu Məhəmməd təvazökar insandı.Çunkı bu yaşda həm səsi,həmdə ifası çox qədimdir. Havadan sonra Qaraçıoğlu Aşıq İbrahimin gözəl sənətkar oldugundan danışdı. Yusif Azaflı, Qaraçıoğlu Aşıq Paşa, Qaraçıoğlu İbrahimin şəyirdləri olub – dedi.
Yeridi deyim ki, mənim öz yerində, yurdunda gedib ilk görüşdüyüm ustad aşıq Goranboylu Qaraçıoğlu Aşıq Paşa idi. Bu haqda oxucularımın məlumatı var.
Aşıq Talıb rəhmətlik də bu kənddə, Tovuzda çox olub,yenədə yaddaşını çözələyir.Bir də ki, yaşım da az deyil.1921-ci il təvəllüdüyəm. Bildiklərimin çoxu da yadımdan çıxıb. Ay bala, bayaqdan birini qurtarmamış birini başlayıram. Vallah beynimdə о qədər söz-söhbət var ki, bilmirəm hansı birini danışım. Bir də ki, xeyli vaxtdır belə bir şirin söhbət eləmirdim. Rəhmətlik Azaflı Mikayıl demişkən:




Gəncliyimi apardınız
Keçən günlər, keçən günlər
Ürəyimi qopardınız
Keçən günlər, keçən günlər

Bir dəfəlik getdi gəlməz,
Cavanlığım itdi gəlməz.
Dövranları bitdi gəlməz
Keçən günlər, keçən günlər

Qəddim oldu sual kimi
Dağlar aşdım qartal kimi.
Azaflıya xəyal kimi
Keçən günlər, keçə günlər.
- Doğrudan da keçən günlərin yaşanan illərin öz ləzzəti var. Yan-уörəm ustad aşıqlarıydı, indi rəhmətliklər hanı? çoxu da tez getdi dünyadan. Amma о günlərin şirinliyi həmişə xoş xatirədi. Nə yaxşı ki, о illərdə yaşamişam, — deyir.
Məhəmməd Çovdaroğlunun evində 2 sazı var. Biri lap köhnə sazdı, biri də 15 ilin. Biri elə ustadımın vaxtından qalandı, -dedi. Bu sazın üstünü ona görə bəzəmişəm ki, о vaxtlar sazı bəzəmək dəbiydi. Çox aşıqların sazı belə bəzəkli olub. Bu sazın canağındakılar da qızıldı, о vaxtlar hədiyyə vermişdilər. Mənim şəyirdlərim də çox olub. Ozüm ustad şilləsi yediyim kimi şəyirdlərim də ustad şilləsi yeyib. Amma hamısı dünyalarını dəyişib. Allah о dünyalarını versin.
Çopur Ələsgərlə də toylarda çox olmuşam. Rəhmətlik Əkbər əvvəllər balabançıydı, sonradan sazı öyrəndi. Hələ balaban çalan vaxtlardan bizimlə toylara gedərdi. Sazı öyrənəndən sonra da birlikdə toylarda çox olduq. İmranıydı, Əkbəriydi. Hər ikisi bənzərsiz idilər. Çətin, indən belə İmran, Əkbər, Müseyib doğula. İndi nədənsə belə aşıqlara rast gəlmirəm. Bir-iki hava bilmək aşıqlıq deyil. Rəhmətlik Xanların yaradıcılığına fikir verin. Ömrünün sonuna kimi öyrəndi. Amma indiki gənclər birini bilir, beşini də öyrənmək istəmir. Eh, deyirəm gənclərin xətırlərinə dəyir. Rəhmətlik Xan Şuşinskiylə konsert salonlarında, filarmoniyada tez-tez gorüşərdik. Filarmoniyada festivallarda tez-tez iştirak edərdim. Borçalı aşıqlarından Aşıq Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı Kamandarla, Əmrahla, Hüseyn Saraclıyla çıxışlarım çox olub. Kamandarın «tarda birdi, sazda birdi» oxuduğu gəraylini mən yazmişam. Kamandara qulaq asanda unuduram ki, sözlərin müəllifi mənəm. Ona görə ki, Kamandar bu sozü çox gözəl oxuyub. Xındı Məmmədi lap yaxşı xatırlayıram. Doğrudan da ona Borçalı bülbülü adı layiqdi. O, çox qüvvətli aşıq idi. Ay bala, yaman kövrəltdin məni. Hərdən rəhmətliklər yuxularıma da gəlirlər. Görünür ya mən onlar üçün darıxmışam, yada onlar mənimçün.
О vaxtlar plastinkam çıxmışdı. Radioda çox oxumuşam. Azərbaycan televiziyasının çəkilişlərində çox olmuşam. Hal-hazırda уеnə Azərbaycan televiziyası, radiosu yaxşı aşıq verilişləri verir, sağ olsunlar. Siz də sağ olun, ay bala, qarda, boranda gəlmisiniz, yada salmısınız dedi.
Mən də öz növbəmdə borcumdu, -dedim
Ustad aşıqla çox mətləblər üstə gəldik. Söz bizləri gah dağa, gah arana apardı.Aşıq sənətimizin canlı tarixiynən, keçmişə qayıda bildik. Bu boyük sənətin tarixinə işıq tutduğu üçün ustada can sağlığı arzuladım.
Uzun müddətdi ki, simlərin həsrətində olan barmaqları «Mansırı», «Dilqəmi», «Ruhani», «Bəhməni» kimi ürfan havaların üstə bir də gəzişdi. Doğrudan da bizə bir daha bir tarix yaşatdı. Canlı oxumasından, söhbətlərindən zövq aldım, ifalarını, lentə aldım. Aşıqla bu gorüsümü Azərbaycan radiosunun «Xalq yaradıcılığı» redaksiyasından dinləyicilərimizə təqdim edəcəm.
Söhbətə ustadı aşıq Əsəd Rzayevdən başladığı kimi, söhbətini ustadının sözüylə sona yetirdi. «Dost dostundan kənar olmaz, mərdiməzar olmasa» deyib sozünü beləcə tamamladı.
Amma yaxşı bilirəm ki, demədiyi, danişmadığı çox mətləblər qaldı. Onun sinəsində toxunulmamış xəzinələr yatır.Çox mətləblərə birdə ona görə gəlib çıxa bilmədim ki, bəlkə də buna böyük səbəb mənim hələ ki, tədqiqatçı təcrübəsizliyim oldu.
Sağlıqlar olsun.
Savalan Talıblı
Azərbaycan radiosunun
əməkdaşı, jurnalist



   User-Bewertung: -1
Tolle englische Texte gibts im englischen Blaster

Dein Name:
Deine Assoziationen zu »texten«:
Hier nichts eingeben, sonst wird der Text nicht gespeichert:
Hier das stehen lassen, sonst wird der Text nicht gespeichert:
 Konfiguration | Web-Blaster | Statistik | »texten« | Hilfe | Startseite 
0.0263 (0.0013, 0.0235) sek. –– 849622290